26 avqust 2026. Çərşənbə

“Napoli” “Çelsi”nin futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 02:58 26.08.2026
  • Oxunma sayı: 41
“Napoli” “Çelsi”nin futbolçusunu transfer etmək istəyir

İtaliyanın “Napoli” klubu “Çelsi”nin hücumçusu Mark Qiu ilə bağlı danışıqları sürətləndirib.

 90deqiqe.Az-ın məlumatına görə, 20 yaşlı ispaniyalı futbolçu Neapol təmsilçisinin hücum xəttini gücləndirmək üçün əsas hədəfinə çevrilib.

“Napoli” Mark Qiu üçün “Çelsi”yə 15-16 milyon avro təklif etməyə hazırdır. Razılaşmaya bonusların da daxil ediləcəyi bildirilir.

Neapol klubunun futbolçunu icarəyə götürmək deyil, birdəfəlik transfer etmək niyyətində olduğu qeyd olunur. “Napoli”nin yaxın günlərdə danışıqları daha da intensivləşdirə biləcəyi gözlənilir.

Mark Qiunun da İtaliya klubuna keçidə müsbət yanaşdığı bildirilir. Gənc hücumçu daha çox oyun təcrübəsi qazanmaq və mütəmadi olaraq meydana çıxmaq istəyir.

Qeyd edək ki, Mark Qiu 2006-cı il təvəllüdlüdür. Bu isə “Napoli” üçün transferdə əlavə üstünlük yaradır. Belə ki, A Seriyasının qaydalarına əsasən, futbolçu yaşı ilə bağlı çempionatın iştirak ərizəsində xarici oyunçu kvotasına daxil edilməyəcək.







Transfer