- Transfer
- 03:01 26.08.2026
“Çelsi”nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandes yay transfer pəncərəsi bağlanmazdan əvvəl “Mançester Siti”yə keçə bilər.
90deqiqe.Az-ın məlumatına görə, “şəhərlilər” yaxın günlərdə 25 yaşlı futbolçu üçün “Çelsi”yə rəsmi təklif göndərməyi planlaşdırır.
“Mançester Siti” Enzo Fernandes üçün təxminən 130 milyon funt sterlinq (152 milyon avro) ödəməyə hazırdır.
Transfer bu məbləğ qarşılığında baş tutacağı təqdirdə İngiltərə futbolu tarixinin ən bahalı keçidi olacaq.
Hazırda Premyer Liqada rekord transfer “Nyukasl”dan “Liverpul”a keçən Aleksandr İsakdır. İngiltərə millisinin hücumçusunun transferi üçün “Liverpul” 145 milyon avro ödəyib.
Bundan başqa, Enzo Fernandesin “Mançester Siti”yə keçəcəyi təqdirdə hazırkı maaşı ilə müqayisədə əhəmiyyətli dərəcədə daha yüksək məvacib alacağı bildirilir.
Qeyd edək ki, Enzo Fernandes 2023-cü ildən “Çelsi”nin formasını geyinir. Argentinalı futbolçu London klubunun əsas heyətinin aparıcı üzvlərindən biridir.