- Transfer
- 23:16 26.08.2026
“Çelsi” “Atalanta”nın müdafiəçisi Oneşta Ahanoru transfer etmək üçün danışıqları intensivləşdirib.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər arasında danışıqlar hazırda aktiv şəkildə davam edir. Bununla belə, klublar arasında yekun razılaşma hələ əldə olunmayıb.
London təmsilçisinin Ahanor üçün 40 milyon avrodan çox məbləğ ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, “Çelsi” daha əvvəl də “Atalanta”dan müdafiəçi transfer edib. İngiltərə klubu Marko Palestranın keçidi üçün İtaliya təmsilçisinə 57 milyon avro ödəyib.
Oneşta Ahanor “Cenoa”nın yetirməsidir. 18 yaşlı müdafiəçi ötən ilin yayında “Atalanta”ya keçib. O, komandanın heyətində 35 oyuna çıxıb, 1 qol vurub, 3 sarı və 1 qırmızı vərəqə alıb.
Ahanor bu il İtaliya millisində də debüt edib.