26 avqust 2026. Çərşənbə

“Qalatasaray” Rafael Leau üçün “Milan”a 44 milyon avro təklif edib


  • Transfer
  • 23:14 26.08.2026
  • Oxunma sayı: 10
“Qalatasaray” Rafael Leau üçün “Milan”a 44 milyon avro təklif edib

“Qalatasaray” “Milan”ın vingeri Rafael Leau üçün İtaliya klubuna rəsmi təklif göndərib.

 90deqiqe.Az-ın məlumatına görə, klubların nümayəndələri arasında birbaşa danışıqlar baş tutub. Türkiyə nəhəngi 27 yaşlı futbolçu üçün asanlıqla reallaşa biləcək bonuslar da daxil olmaqla 44 milyon avro təklif edib.

“Milan” rəhbərliyinin portuqaliyalının satışına müsbət yanaşdığı qeyd olunur. Mənbənin məlumatına görə, “Qalatasaray” futbolçuya illik təxminən 12 milyon avro maaş ödəməyə hazırdır.

Qeyd edək ki, “Transfermarkt” portalı Rafael Leaunun bazar dəyərini 50 milyon avro qiymətləndirir. Onun “Milan”la hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.







Transfer