26 avqust 2026. Çərşənbə

“Nyukasl” Niko Qonsalesi transfer etdi


  • Transfer
  • 23:16 26.08.2026
  • Oxunma sayı: 9
“Nyukasl” Niko Qonsalesi transfer etdi

“Nyukasl” İspaniya millisinin yarımmüdafiəçisi Niko Qonsalesin transferini rəsmiləşdirib.

 90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı futbolçu “Mançester Siti”dən ayrılaraq İngiltərə klubu ilə uzunmüddətli müqavilə imzalayıb. Qonsales “Nyukasl”ın yay transfer pəncərəsində heyətinə qatdığı 7-ci futbolçu olub. O, yeni komandasında 6 nömrəli formanı geyinəcək.

“Bu möhtəşəm klubun bir parçası olduğum üçün çox xoşbəxtəm. Komanda və şəhər haqqında çox yaxşı şeylər eşitmişəm. Bu layihənin bir hissəsi olmaq üçün səbirsizlənirəm”, – Qonsales deyib.

“Nyukasl”ın idman direktoru Ross Uilson isə bildirib ki, Qonsales bu mövqe üçün klubun əsas transfer hədəfi olub.

Qeyd edək ki, Niko Qonsales “Barselona”nın yetirməsidir. O, karyerası ərzində “Valensiya” və “Portu”nun da formasını geyinib.

“Transfermarkt”ın məlumatına görə, futbolçunun transfer məbləği 56 milyon avro təşkil edib.







Transfer