- Transfer
- 23:45 26.08.2026
“Mançester Siti” heyətini Mərakeş millisinin futbolçusu Ayub Buaddi ilə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi Fransanın “Lill” komandasından transfer olunub. Tərəflər arasında 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
“Lill” yetirməsinin satışından bonuslar nəzərə alınmaqla ümumilikdə 100 milyon avroya qədər gəlir əldə edəcək.
Ayub Buaddi “Lill” akademiyasının yetirməsidir. O, Fransa klubunun əsas komandasında 96 matç keçirib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fransanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən futbolçu daha sonra əsas milli komanda seçimini Mərakeşdən yana edib. Buaddi Afrika təmsilçisinin heyətində 8 görüş keçirib. Onlardan 5-i dünya çempionatının oyunlarına təsadüf edib.
Beləliklə, Buaddi “Mançester Siti”nin uzunmüddətli layihəsinə cəlb etdiyi gənc istedadlardan birinə çevrilib.