- Transfer
- 23:51 26.08.2026
“Real Sosyedad” və “Barselona” müdafiəçi Ektor Fortun transferi ilə bağlı razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər yalnız müqavilənin rəsmiləşdirilməsi ilə bağlı prosedurları tamamlamalıdırlar. Bask klubu icarə haqqı deyil, futbolçunun transferi üçün 8 milyon avro ödəyəcək.
Bununla yanaşı, “Barselona” yetirməsinin növbəti satışından əldə olunacaq məbləğin 50 faizini almaq hüququnu özündə saxlayacaq. Kataloniya təmsilçisinin Ektor Fortu 20 milyon avro qarşılığında geri qaytarmaq imkanı da olacaq.
Futbolçunun özü artıq “Real Sosyedad”a keçidə razılıq verib.
Qeyd edək ki, Ektor Fort ötən mövsümü icarə əsasında “Elçe”də keçirib. “La Masia”nın yetirməsi “Barselona”nın əsas komandasında bütün turnirlər nəzərə alınmaqla 30-dan çox matçda meydana çıxıb.