- Transfer
- 00:03 27.08.2026
“Benfika” yarımmüdafiəçi Joau Palinyanın transferini rəsmiləşdirib.
90deqiqe.Az-ın məlumatına görə, 31 yaşlı futbolçu Münhen “Bavariya”sından ayrılaraq Lissabon klubuna keçib. Palinya “Benfika” ilə 2030-cu il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalayıb.
“Benfika” portuqaliyalı futbolçunun transferi üçün “Bavariya”ya 14 milyon avro ödəyəcək. Müqaviləyə şərtlərin yerinə yetirilməsindən asılı olaraq daha 5 milyon avroya qədər bonusların ödənilməsi də daxil edilib. Palinyanın yeni müqaviləsində 50 milyon avro məbləğində sərbəstqalma maddəsi də yer alıb.
Qeyd edək ki, Joau Palinya ötən mövsümü “Bavariya”dan icarə əsasında “Tottenhem”də keçirib. O, London klubunun heyətində bütün turnirlərdə 45 oyuna çıxıb və 7 qol vurub.