- Transfer
- 00:24 27.08.2026
“Aston Villa”nın qapıçısı Emiliano Martines karyerasını “Çelsi”də davam etdirməyə razıdır.
90deqiqe.Az-ın məlumatına görə, London klubu argentinalı qapıçının transferi ilə bağlı danışıqlara başlamaq qərarına gəlsə, Martinez keçidə razılıq verəcək. “Çelsi”nin bu mövsüm avrokuboklarda iştirak etməməsi də 33 yaşlı qapıçı üçün problem deyil.
Hazırda vəziyyətin necə inkişaf edəcəyi “Çelsi” rəhbərliyinin qərarından asılıdır. Daha əvvəl London klubunun Martinezi heyətinə qatmaq variantını nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Emiliano Martinez 2020-ci ildən “Aston Villa”nın formasını geyinir. Ötən mövsüm Birmingem təmsilçisi Premyer Liqanı 4-cü pillədə başa vurub və Avropa Liqasının qalibi olub.