27 avqust 2026. Cümə axşamı

“Arsenal” Xulian Alvares üçün 135 milyon avro təklif edib


  • Transfer
  • 00:18 27.08.2026
  • Oxunma sayı: 47
“Arsenal” Xulian Alvares üçün 135 milyon avro təklif edib

“Arsenal” Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvaresi transfer etmək cəhdlərini davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə,London klubu argentinalı forvard üçün 125 milyon avro və bonuslar şəklində daha 10 milyon avro təklif edib. “Atletiko” bu təkliflə razılaşsa da, Alvares hələlik İngiltərəyə qayıtmaq istəmir və karyerasını “Barselona”da davam etdirməyə üstünlük verir.

“Arsenal” rəhbərliyi isə 26 yaşlı futbolçunun fikrini dəyişəcəyinə ümid edir və onun qərarını gözləməyə hazırdır.

Qeyd edək ki, Xulian Alvares daha əvvəl Premyer Liqada “Mançester Siti”nin formasını geyinib. O, 2024-cü ildə “Atletiko”ya keçib və Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalı argentinalı hücumçunun hazırkı bazar dəyərini 100 milyon avro qiymətləndirir.

Məlumat üçün bildirək ki, Alvaresin transferi ilə bağlı vəziyyət son günlər daha da gərginləşib. “Barselona”nın da futbolçuya ciddi marağı var, lakin “Atletiko”nun kataloniyalılarla mümkün satışa qarşı sərt mövqeyi danışıqları çətinləşdirir.







Transfer