27 avqust 2026. Cümə axşamı

“Lill” Paraqvay millisinin qapıçısını transfer etdi


  • Transfer
  • 00:24 27.08.2026
  • Oxunma sayı: 37
“Lill” Paraqvay millisinin qapıçısını transfer etdi

“Lill” Paraqvay millisinin qapıçısı Orlando Xilin transferini rəsmən açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı qolkiper Fransa klubu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıb. O, komandada Berke Özerin ehtiyat qapıçısı kimi çıxış edəcək.

Orlando Xil Paraqvay millisinin heyətində 11 oyun keçirib və 2026-cı il dünya çempionatında ölkəsinin qapısını qoruyub.

Qeyd edək ki, “Lill”ə keçənədək Xil yalnız Cənubi Amerikada çıxış edib. O, Argentina “San-Lorenso”su və Paraqvayın “Sportivo San-Lorenso” klublarının formasını geyinib.

Qapıçı ötən mövsüm 26 matçda meydana çıxıb. Bu görüşlərdə 22 qol buraxan Xil 13 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt”ın məlumatına görə, futbolçunun transferi “Lill”ə 3,7 milyon avroya başa gəlib.







Transfer