27 avqust 2026. Cümə axşamı

“Mançester Yunayted” Kamavinqa üçün “Real”a 50 milyon avro təklif edib


  • Transfer
  • 00:30 27.08.2026
  • Oxunma sayı: 37
“Mançester Yunayted” Kamavinqa üçün “Real”a 50 milyon avro təklif edib

“Mançester Yunayted” Madrid “Real”ının yarımmüdafiəçisi Eduardo Kamavinqanın transferi ilə bağlı danışıqlar aparır.

90deqiqe.Azn məlumatına görə, İngiltərə klubu 23 yaşlı futbolçu üçün “Real”a 50 milyon avro təklif edib. Madrid təmsilçisinin bu məbləğlə razılaşıb-razılaşmayacağı hələlik məlum deyil. Bununla belə, “Kral klubu”nun fransalı yarımmüdafiəçinin satışını nəzərdən keçirdiyi bildirilir.

Məlumata görə, “Real”ın baş məşqçisi Joze Mourinyo Kamavinqanı əsas heyətin üzvü kimi görmür. Bu səbəbdən futbolçunun komandadan ayrılması gündəmə gəlib.

Qeyd edək ki, Eduardo Kamavinqanın “Real”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı 23 yaşlı yarımmüdafiəçinin bazar dəyərini 50 milyon avro qiymətləndirir.







Transfer