27 avqust 2026. Cümə axşamı

Qabriel Xesus “Arsenal”dan ayrılmaq istəmir


  • Transfer
  • 00:33 27.08.2026
  • Oxunma sayı: 30
Qabriel Xesus “Arsenal”dan ayrılmaq istəmir

“Arsenal”ın hücumçusu Qabriel Xesus klubdan ayrılmağa tələsmir.

 90deqiqe.Az-ın “UOL Esporte”yə istinadən məlumatına görə, 29 yaşlı braziliyalı London təmsilçisində qalmaq və “topçular”la gələn ilin yayında başa çatacaq müqaviləsinin sonuna qədər oynamaq niyyətindədir.

Xesus baş məşqçi Mikel Artetanın komandasında əsas heyətdən kənarda qalacağı təqdirdə də ehtiyat oyunçu rolunu qəbul etməyə hazırdır.

Hazırda braziliyalı futbolçu həftəlik təxminən 265 min funt-sterlinq (təqribən 310 min avro) qazanır.

“Transfermarkt” portalı hücumçunun bazar dəyərini 17 milyon avro qiymətləndirir. Daha əvvəl “Napoli”, “Milan”, “Everton” və “İpsviç”in Qabriel Jesusa maraq göstərdiyi barədə məlumatlar yayılmışdı.







Transfer