27 avqust 2026. Cümə axşamı

PSJ Usman Dembele ilə müqaviləni uzatmaq istəyir


  • Transfer
  • 00:41 27.08.2026
  • Oxunma sayı: 32
PSJ Usman Dembele ilə müqaviləni uzatmaq istəyir

PSJ hücumçusu Usman Dembele ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.

90deqiqe.Az-ın məlumatına görə, Paris klubu 29 yaşlı futbolçuya 2029 və ya 2030-cu ilə qədər yeni müqavilə təklif etmək niyyətindədir.

Fransalı forvardla bağlı danışıqların artıq bir neçə aydır davam etməsinə baxmayaraq, tərəflər hələ yekun razılığa gələ bilməyiblər. Bununla belə, PSJ-də ciddi narahatlıq yoxdur. Həm klub, həm də futbolçu əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Məlumata görə, tərəflər arasında növbəti danışıqlar yay transfer pəncərəsi bağlandıqdan sonra keçiriləcək.

Qeyd edək ki, Usman Dembele ilə PSJ arasındakı hazırkı müqavilənin müddəti 2028-ci ilin yayında başa çatır.







Transfer