- Transfer
- 00:45 27.08.2026
“Yuventus”un hücumçusu Conatan Devid Turin klubunda qalmaq və baş məşqçi Luçano Spallettini komandaya lazım olduğuna inandırmaq niyyətindədir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Football Italia” məlumat yayıb.
Mənbənin məlumatına görə, kanadalı futbolçunun nümayəndələri bir neçə gün əvvəl klub rəhbərliyi ilə görüşərək onun komandadakı gələcək taleyini müzakirə ediblər.
26 yaşlı forvarda “Hall Siti”, “Fiorentina” və Madrid “Atletiko”sunun maraq göstərdiyi bildirilir. “Yuventus” isə yeni mərkəz hücumçusu üçün heyətdə yer açmaq məqsədilə Devidlə yolları ayırmaqda maraqlıdır.
Qeyd edək ki, “Yuventus”un 1:0 hesablı qələbəsi ilə başa çatan ilk turda “Frozinone” ilə matçdan sonra Spalletti Randal Kolo-Muanini tənqid edib. İtaliyalı mütəxəssis komandanın fərqli oyun xüsusiyyətlərinə malik hücumçuya ehtiyac duyduğunu da bildirib.
Conatan Devid “Yuventus”un heyətində keçirdiyi 46 matçda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.