- Transfer
- 00:45 27.08.2026
“Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Cek Qriliş karyerasını harada davam etdirəcəyinə yaxın günlərdə qərar verəcək.
90deqiqe.Az-ın məlumatına görə, 30 yaşlı futbolçuya “Everton” və “Aston Villa” maraq göstərir. Hər iki klub ingiltərəli oyunçunun düşərgəsi ilə əlaqə saxlayır.
Qrilişin yaxın günlərdə gələcəyi ilə bağlı yekun qərar verəcəyi gözlənilir. Bildirilir ki, yayılan söz-söhbətlərə baxmayaraq, “Sanderlend”lə hazırda konkret danışıqlar aparılmır.
Qeyd edək ki, Cek Qriliş peşəkar karyerasına məhz “Aston Villa”da başlayıb. O, ötən mövsüm icarə əsasında “Everton”un formasını da geyinib.
İngiltərə çempionatının üçqat qalibi olan futbolçunun “Mançester Siti” ilə müqaviləsi gələn ilin yayında başa çatır. “Transfermarkt” portalı onun bazar dəyərini 20 milyon avro qiymətləndirir.