27 avqust 2026. Cümə axşamı

“Brentford” “Vest Hem”in müdafiəçisini 46 milyon avroya transfer edir


  • Transfer
  • 01:47 27.08.2026
  • Oxunma sayı: 29
“Brentford” “Vest Hem”in müdafiəçisini 46 milyon avroya transfer edir

“Brentford” “Vest Hem”in müdafiəçisi El-Hacı Malik Diufun transferi ilə bağlı şifahi razılığa gəlib.

 90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, 21 yaşlı seneqallı futbolçunun keçidi “Brentford”a ümumilikdə 46 milyon avroya başa gələ bilər.

Məlumata görə, London klubu Diufun transferi üçün “Vest Hem”ə 40 milyon avro zəmanətli ödəniş edəcək. Daha 6 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub.

Diuf “Brentford”un sol cinah müdafiəçisi mövqeyində əsas transfer hədəfi olub. Klublar arasında danışıqlar daha əvvəl dalana dirənsə də, bu həftə yenidən bərpa olunub.

Qeyd edək ki, “Vest Hem” ötən mövsüm Çempionşipə düşdüyündən sonra Diuf Premyer Liqaya qayıdacaq. London klubu seneqallı futbolçunun satışından ciddi gəlir əldə edəcək. Belə ki, “Vest Hem” müdafiəçini cəmi bir il əvvəl Praqa “Slaviya”sından 22 milyon avroya transfer edib.

Diuf ötən mövsüm “Vest Hem”in heyətində 34 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib. O, Seneqal millisinin heyətində 2026-cı il dünya çempionatında da iştirak edib.







Transfer