27 avqust 2026. Cümə axşamı

“Mançester Siti” “Everton”un futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 01:49 27.08.2026
  • Oxunma sayı: 35
“Mançester Siti” “Everton”un futbolçusunu transfer etmək istəyir

“Everton”un futbolçusu İliman Ndiaye “Mançester Siti”nin maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, “şəhərlilər” seneqallı hücumameyilli futbolçunu Savinyonun əvəzləyicisi kimi nəzərdən keçirirlər. Savinyo isə “Mançester Siti”dən ayrılaraq “Tottenhem”ə transfer olunub.

“Everton” 26 yaşlı Ndiayenin satışından 80 milyon funt-sterlinq (93 milyon avrodan çox) gəlir əldə etməyi gözləyir.

Seneqallı futbolçuya London “Arsenal”ı da maraq göstərir. Lakin “topçular” üçün əsas transfer hədəfi hələ də Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares olaraq qalır.

Qeyd edək ki, “Transfermarkt” portalı Ndiayenin bazar dəyərini 55 milyon avro qiymətləndirir. Futbolçu “Everton”un heyətində keçirdiyi 73 oyunda 17 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer