27 avqust 2026. Cümə axşamı

“Barselona” “Fənərbağça”nın qapıçısını transfer etdi


  • Transfer
  • 14:05 27.08.2026
  • Oxunma sayı: 35
“Barselona” “Fənərbağça”nın qapıçısını transfer etdi

İspaniyanın “Barselona” klubu Xorvatiya millisinin qapıçısı Dominik Livakoviçi heyətinə qatıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Kataloniya təmsilçisi 31 yaşlı qolkiperin transferini rəsmi şəkildə açıqlayıb. Livakoviç Türkiyənin “Fənərbağça” klubundan “Barselona”ya keçib.

Xorvatiya millisinin əsas qapıçılarından olan Livakoviç 2023-cü ildən İstanbul təmsilçisinin formasını geyinirdi.

Təcrübəli qolkiper milli komandanın heyətində iki dünya çempionatında medal qazanıb. O, Xorvatiya ilə 2018-ci ildə dünya çempionatının gümüş, 2022-ci ildə isə bürünc medalına sahib çıxıb.

Livakoviç “Barselona”nın qapı xəttində rəqabəti gücləndirəcək.







Transfer