- Transfer
- 21:23 27.08.2026
“Aston Villa” Almaniya millisinin yarımmüdafiəçisi Leon Qoretskanın transferini rəsmən açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 31 yaşlı futbolçu Birmingem təmsilçisinə “Bavariya”dan azad agent kimi keçib. Tərəflər arasında imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qoretska 2018-ci ilin yayından “Bavariya”nın formasını geyinirdi. Münhen klubunun heyətində 7 dəfə Almaniya çempionu olan yarımmüdafiəçi 2019/20 mövsümündə UEFA Çempionlar Liqasının qalibi də olub.
Peşəkar karyerasına “Bohum”da başlayan Qoretska daha sonra “Şalke”də çıxış edib. O, Almaniya millisində 73 oyuna çıxıb.
“Aston Villa” İngiltərə Premyer Liqasının ikinci turunda növbəti matçını avqustun 31-də keçirəcək. Unai Emerinin komandası doğma meydanda Londonun “Arsenal” klubunu qəbul edəcək.