- Transfer
- 21:23 27.08.2026
“Bavariya” klubu 24 yaşlı yarımmüdafiəçi Brayan Saraqosanın “Espanyol”a icarəyə verib.
90deqiqe.Az-ın məlumatına görə, ispan futbolçunun icarə müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədə olacaq.
“Bavariya”nın idman direktoru Kristof Freynd bildirib ki, Saraqosa son iki ildə müxtəlif klublarda çıxış etməklə dəyərli təcrübə qazanıb. Onun sözlərinə görə, futbolçu karyerasını artıq yaxşı tanıdığı La Liqada davam etdirərək inkişafını sürdürəcək.
Saraqosa 2024-cü ilin qışında “Qranada”dan “Bavariya”ya keçib. O, Münhen klubunun əsas komandasında cəmi 7 oyunda meydana çıxıb. Daha sonra yarımmüdafiəçi icarə əsasında “Osasuna”, “Selta” və “Roma”nın formasını geyinib.
Qeyd edək ki, “Transfermarkt” Saragozanın hazırkı bazar dəyərini 8 milyon avro qiymətləndirir.