27 avqust 2026. Cümə axşamı

“Tottenhem” “Mançester Siti”nin hücumçusunu heyətinə qatdı


  • Transfer
  • 21:06 27.08.2026
  • Oxunma sayı: 56
“Tottenhem” “Mançester Siti”nin hücumçusunu heyətinə qatdı

“Tottenhem” “Mançester Siti”nin hücumçusu Ömər Marmuşun transferini rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu mövsümün sonuna qədər London klubunda icarə əsasında çıxış edəcək. Tərəflər arasındakı razılaşmaya əsasən, “Tottenhem” gələn yay Marmuşun transfer hüquqlarını məcburi qaydada satın alacaq.

Daha əvvəl tam transferin məbləğinin 50 milyon funt-sterlinq təşkil edəcəyi bildirilib.

“Bu, möhtəşəm hissdir. Burada olduğum üçün çox xoşbəxtəm. Ən qısa zamanda komanda ilə məşqlərə başlamaq və azarkeşlərlə görüşmək istəyirəm. “Tottenhem” İngiltərənin, hətta dünyanın ən böyük klublarından biridir. Klubun layihəsi mənə çox cəlbedici göründü”, – Marmuş bildirib.

Qeyd edək ki, misirli hücumçu 2025-ci ilin yanvarında Frankfurt “Ayntraxt”ından “Mançester Siti”yə keçib. O, İngiltərə klubunun heyətində bütün turnirlərdə 62 oyuna çıxıb və 16 qol vurub.







Transfer