28 avqust 2026. Cümə

“Latsio” Andrea Pinamontini transfer etdi


  • Transfer
  • 21:23 27.08.2026
  • Oxunma sayı: 54
“Latsio” Andrea Pinamontini transfer etdi

İtaliyanın “Latsio” klubu “Sassuolo”nun hücumçusu Andrea Pinamontinin transferini rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, paytaxt təmsilçisi 27 yaşlı futbolçunun müqaviləsinin müddəti ilə bağlı detalları açıqlamayıb. Daha əvvəl İtaliya mətbuatında Pinamontinin “Latsio” ilə 5 illik müqavilə imzalayacağı və “Sassuolo”nun bu transferdən 13 milyon avro qazanacağı barədə məlumat yayılmışdı.

İtaliyalı hücumçu yeni klubunda 9 nömrəli formanı geyinəcək.

Pinamonti ötən mövsüm bütün turnirlərdə 37 oyunda meydana çıxıb. O, bu görüşlərdə 9 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer