- Transfer
- 22:33 27.08.2026
Portuqaliyalı futbolçu Rafael Leaunun agenti Jorje Mendeş onun “Aston Villa”ya keçidi üzərində işləyir.
90deqiqe.Az-ın “Pianeta Milan”a istinadən məlumatına görə, Mendeşin fikrincə, 26 yaşlı hücumçu üçün ən yaxşı variant İngiltərə Premyer Liqasında çıxış etməkdir. Futbolçu ilə “Qalatasaray” da ciddi şəkildə maraqlanır. Lakin portuqaliyalı agent Leaunu Türkiyə Super Liqasında deyil, məhz İngiltərə çempionatında görmək istəyir.
Tərəflər arasında danışıqlarda bir neçə əsas məqam var. Mendeş hazırda “Aston Villa” ilə mümkün transferi irəlilətməyə çalışır, lakin hazırda tərəflərin şərtləri üst-üstə düşmür.
“Milan”ın mövqeyi də həlledici olacaq. İtaliya klubu məcburi satınalma şərti ilə icarə variantını istəmir. “Milan” ödəniş şərtləri də daxil olmaqla, futbolçunun birdəfəlik transfer edilməsinə üstünlük verir”, – mənbə bildirib.
Qeyd edək ki, Rafael Leao 2019-cu ildən “Milan”ın formasını geyinir.