27 avqust 2026. Cümə axşamı

“Mançester Yunayted”in hücumçusu İtaliyaya qayıda bilər


  • Transfer
  • 22:33 27.08.2026
  • Oxunma sayı: 42
“Mançester Yunayted”in hücumçusu İtaliyaya qayıda bilər

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze İtaliyaya qayıda bilər.

 90deqiqe.Az-ın “Goal.com”a istinadən məlumatına görə, “Fiorentina” 25 yaşlı niderlandlı futbolçunun bir mövsümlük icarəsi ilə bağlı İngiltərə klubu ilə danışıqları intensivləşdirib.

Tərəflər icarə haqqının ödənilməsi və mövsümün sonunda futbolçunun transfer hüquqlarının satın alınması opsiyasının müqaviləyə daxil edilməsi məsələlərini müzakirə edirlər. Zirkze ilə “Yuventus” və “Komo” da daxil olmaqla, A Seriyasının digər klubları maraqlanıb.

“Mançester Yunayted”in niderlandlı hücumçunu maliyyə baxımından sərfəli şərtlərlə icarəyə buraxmağa hazır olduğu bildirilir. İngiltərə klubu Zirkzeni 2024-cü ildə “Bolonya”dan təxminən 43 milyon avroya transfer edib.

Zirkze “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 75 oyuna çıxıb və 9 qol vurub. O, ötən mövsüm 26 matçda cəmi 2 dəfə fərqlənib.







Transfer