28 avqust 2026. Cümə

“Beşiktaş” Feliks Uduohayla yollarını ayırdı


  • Transfer
  • 23:06 27.08.2026
  • Oxunma sayı: 47
“Beşiktaş” Feliks Uduohayla yollarını ayırdı

“Beşiktaş”ın müdafiəçisi Feliks Uduohayla yollar rəsmən ayrılıb.

90deqiqe.Az xəbər verir ki, Almaniya futbolçusu karyerasını Bundesliqanın digər təmsilçisi “Union Berlin”də davam etdirəcək.

Ernest Poku və Fabio Mirettinin transferlərini ardıcıl şəkildə açıqlayan İstanbul klubu heyətində ayrılıq xəbərini də rəsmiləşdirib.

“Beşiktaş” Feliks Uduohayının “Union Berlin”ə transferi ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.

Klubun yaydığı məlumatda bildirilib:

“Peşəkar futbolçumuz Feliks Uduoxayının yekun transferi ilə bağlı “Union Berlin” klubu ilə razılığa gəlinib. Feliks Uduohaya yeni klubunda uğurlar arzulayır, ictimaiyyətin nəzərinə çatdırırıq”.

Qeyd edək ki, 28 yaşlı müdafiəçi “Beşiktaş” formasında 58 rəsmi oyunda meydana çıxıb. Almaniyalı futbolçu bu görüşlərdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer