- Transfer
- 23:58 27.08.2026
“Mançester Siti” və “Arsenal” “Everton”un hücumçusu İliman Ndiayenin xidmətində maraqlıdır.
90deqiqe.Az-ın məlumatına görə, “irislər” 26 yaşlı futbolçunun transferi üçün 80 milyon funt-sterlinq (93,6 milyon avro) tələb edir. Bu barədə “talkSPORT” məlumat yayıb.
Mənbənin məlumatına görə, Ndiayenin “Everton”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Buna səbəb futbolçunun bu yay klubun yeni müqavilə təklifini qəbul etməməsidir.
Seneqallı hücumçu ötən mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib. O, bu görüşlərdə 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Ndiayenin “Everton”la hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, “Transfermarkt” portalı futbolçunun hazırkı bazar dəyərini 55 milyon avro qiymətləndirir.