- Transfer
- 00:55 28.08.2026
Argentinalı mütəxəssis Kili Qonsales yaxın zamanda “İnter Mayami”nin baş məşqçisi təyin olunacaq.
90deqiqe.Az-ın məlumatına görə, argentinalı çalışdırıcı artıq MLS klubunun təklifinə müsbət cavab verib. Rəsmi açıqlamanın yaxın 24 saat ərzində veriləcəyi gözlənilir.
Qonsales “İnter Mayami”nin baş məşqçisi vəzifəsində apreldən komandanı müvəqqəti çalışdıran həmyerlisi Gilyermo Oyosa əvəzləyəcək. Bundan əvvəl Mayami təmsilçisinə argentinalılar Xavyer Maskerano və Xerardo Martino rəhbərlik ediblər.
“İnter Mayami” MLS-in Şərq Konfransında 21 turdan sonra 39 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Kili Qonsales futbolçu kimi də tanınmış simalardandır. O, karyerası ərzində İspaniyanın “Valensiya” və İtaliyanın “İnter” klublarında çıxış edib. Argentinalı futbolçu milli komandada 56 oyun keçirib.