29 avqust 2026. Şənbə

Nikolas Cekson “Aston Villa”ya keçdi


  • Transfer
  • 23:36 28.08.2026
  • Oxunma sayı: 40
Nikolas Cekson “Aston Villa”ya keçdi

“Aston Villa” “Çelsi”nin hücumçusu Nikolas Ceksonu birdəfəlik transfer edib.

90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu yeni klubunda yenidən Unai Emerinin rəhbərliyi altında çıxış edəcək.

İspaniyalı mütəxəssis Ceksonla daha əvvəl “Vilyarreal”da birlikdə çalışıb. Hücumçu 2023-cü ildə məhz bu klubdan “Çelsi”yə keçmişdi.

Seneqal millisinin üzvü ötən mövsümü icarə əsasında Münhen “Bavariya”sında keçirib. O, Almaniya klubunun heyətində Bundesliqa və ölkə kubokunun qalibi olub. Hücumçu mövsüm ərzində 11 qola imza atıb.

“Aston Villa” transferin maliyyə detallarını açıqlamayıb. “Transfermarkt”ın məlumatına görə isə Seneqal millisinin 37 oyununda meydana çıxan futbolçunun keçidi 55,5 milyon avroya başa gəlib.







Transfer