29 avqust 2026. Şənbə

Qabriel Xesus “Atletiko”ya keçə bilər


  • Transfer
  • 23:38 28.08.2026
  • Oxunma sayı: 30
Qabriel Xesus “Atletiko”ya keçə bilər

“Arsenal”ın hücumçusu Qabriel Xesus karyerasını Madrid “Atletiko”sunda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, London klubu müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq 29 yaşlı futbolçunu satmağa hazırdır. Braziliyalı hücumçunun xidmətləri artıq “Atletiko”ya təklif olunub və tərəflər arasında ilkin müzakirələr aparılıb.

Transferin 18-20 milyon avro civarında başa gələcəyi gözlənilir. Bildirilir ki, bu keçid Xulian Alvaresin əks istiqamətdə mümkün transferi ilə heç bir şəkildə əlaqəli olmayacaq.

Qeyd edək ki, Qabriel Xesusla “Napoli”, “Everton”, “İpsviç” və “Beşiktaş”ın da maraqlandığı bildirilir.

“Transfermarkt” 29 yaşlı hücumçunun hazırkı bazar dəyərini 17 milyon avro qiymətləndirir.







Transfer