- Transfer
- 00:34 29.08.2026
İspaniyanın Sequnda Divizionunda çıxış edən “Leqanes” 33 yaşlı hücumçu Alvaro Moratanı “Komо”dan icarəyə götürüb.
90deqiqe.Az-ın məlumatına görə, Madrid klubu ispaniyalı forvardın transferini rəsmiləşdirib. Müqavilədə mövsümün sonunda Moratanın transfer hüquqlarını satın alma opsiyası da nəzərdə tutulub.
Karyerası ərzində 600-dən çox matç keçirən və 200-dən artıq qol vuran Morata “Real Madrid”, “Yuventus”, “Çelsi”, “Atletiko”, “Milan”, “Qalatasaray” və “Komo”nun heyətində 20-dən çox titul qazanıb. Onun kolleksiyasında iki Çempionlar Liqası kuboku, həmçinin İspaniya və İtaliya çempionatlarında iki çempionluq var.
İspaniya millisində 87 oyun keçirən hücumçu 37 qol vurub. Morata 2023-cü ildə Millətlər Liqasının, 2024-cü ildə isə Avropa çempionatının qalibi olub. O, Almaniyada keçirilən Avropa çempionatında İspaniya millisinin kapitanı olub. Morata milli komandanın tarixində ən çox qol vuran futbolçular arasında dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Morata artıq Ruben Albesin rəhbərlik etdiyi “Leqanes”in məşqlərinə qoşulacaq. Təcrübəli hücumçu yeni komandasında 21 nömrəli formanı geyinəcək.