- Transfer
- 00:34 29.08.2026
İngiltərənin “Kristal Pelas” klubu İtaliyanın “Udineze” komandasında çıxış edən Umar Sole ilə maraqlanır.
90deqiqe.Az-ın “FootMercato”ya istinadən məlumatına görə, London təmsilçisi 26 yaşlı müdafiəçi üçün 25 milyon avro məbləğində təklif hazırlayır.
“Qartallar” digər transfer hədəfi Xoel Ordonyesin tibbi müayinəsi zamanı problemlə üzləşdikdən sonra Soleyə marağını artırıb.
“Kristal Pelas” əvvəlcə fransalı futbolçunu satınalma opsiyası ilə icarəyə götürmək istəyib. Lakin “Udineze” bu təklifi qəbul etməyib. Bundan sonra İngiltərə klubu müdafiəçini birdəfəlik transfer etmək variantını nəzərdən keçirməyə başlayıb.
Umar Sole 2027-ci ilin yayına qədər “Udineze” ilə müqaviləyə sahibdir. Müdafiəçi ötən mövsüm İtaliya klubunun heyətində 35 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.