- Transfer
- 00:34 29.08.2026
“Fənərbağça” Fransanın “Nitsa” klubunda çıxış edən qanalı müdafiəçi Kojo Pepra Opponqu transfer edib.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul klubu 22 yaşlı mərkəz müdafiəçisi ilə razılığa gəlib. Opponq bu gün İstanbula gəlib.
Futbolçunun təqdimat mərasiminin vaxtı da bəlli olub. “Fənərbağça”nın açıqlamasına görə, Opponqun imza mərasimi avqustun 29-da, Bakı vaxtı ilə saat 12:00-da “Çobani” stadionunun “Fənərbağça Şükrü Saracoğlu İdman Kompleksi”nin 1907 tribunasında keçiriləcək. Tədbir mətbuat nümayəndələri üçün açıq olacaq. Mərasimdə klubun futbol direktoru Oğuz Çətin də iştirak edəcək.
Qeyd edək ki, futbolçu karyerasına Seneqalda başlayıb. Daha sonra İsveçin “Norrköping” klubuna keçən Opponq iki mövsüm “GIF Sundsvall”da icarə əsasında çıxış edib.
22 yaşlı müdafiəçi ötən mövsüm isə “Nitsa”ya transfer olunub.