29 avqust 2026. Şənbə

Xulian Alvares “Mançester Siti”yə qayıtmaqdan imtina edib


  • Transfer
  • 23:58 28.08.2026
  • Oxunma sayı: 45
Xulian Alvares “Mançester Siti”yə qayıtmaqdan imtina edib

Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares “Mançester Siti”yə qayıtmaq niyyətində deyil.

 90deqiqe.Az-ın “Cadena SER”ə istinadən məlumatına görə, İngiltərə klubu “Atletiko”da qalmaq istəməyən argentinalı futbolçunu icarəyə götürməyə hazır idi. Lakin “Cadena SER” jurnalisti Pedro Fulyananın məlumatına görə, Alvares Premyer Liqa nəhənginin təklifinə maraq göstərməyib və artıq “Mançester Siti”yə “yox” cavabı verib.

26 yaşlı forvard karyerasını İngiltərədə davam etdirmək istəmir.

Xulian Alvares üçün əsas seçim “Barselona” olaraq qalır. Bununla belə, “Atletiko” klubun ulduz futbolçusunu Kataloniya təmsilçisinə satmaq variantını tamamilə istisna edir.

Qeyd edək ki, Alvaresə digər iddiaçı isə London “Arsenal”ıdır.







Transfer