29 avqust 2026. Şənbə

Elliott karyerasını İspaniyada davam etdirmək istəyir


  • Transfer
  • 00:00 29.08.2026
  • Oxunma sayı: 44
Elliott karyerasını İspaniyada davam etdirmək istəyir

“Liverpul”un yarımmüdafiəçisi Harvi Elliott karyerasını harada davam etdirmək istədiyinə qərar verib.

90deqiqe.Az-ın məlumatına görə, “Valensiya” 23 yaşlı futbolçunun icarəsi ilə bağlı “Liverpul”la əlaqə saxlayıb. Tərəflər arasında danışıqlar artıq son mərhələyə yaxınlaşıb.

Elliottun özü də Mersisayd klubunun baş məşqçisi Andoni İraolaya “Valensiya”ya keçmək istədiyini bildirib.

Qeyd edək ki, ingiltərəli futbolçu ötən mövsümü icarə əsasında “Aston Villa”da keçirib. O, Birmingem təmsilçisinin heyətində cəmi 9 oyunda meydana çıxıb və 1 qol vurub.

Harvi Elliottun “Liverpul”la hazırkı müqaviləsinin müddəti gələn ilin ortalarında başa çatacaq.







Transfer