29 avqust 2026. Şənbə

Vinsent Abubakar Türkiyəyə qayıtdı - yeni klubu bəlli oldu


  • Transfer
  • 00:20 29.08.2026
  • Oxunma sayı: 43
Vinsent Abubakar Türkiyəyə qayıtdı   - yeni klubu bəlli oldu

Son olaraq Azərbaycanın “Neftçi” klubunda çıxış edən Vinsent Abubakar karyerasını Türkiyədə davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 34 yaşlı hücumçu Trendyol 1-ci Liqa təmsilçisi “Bodrum FK”ya keçib. Klub təcrübəli forvardın transferini sosial media hesablarından yayımladığı video ilə açıqlayıb.

Abubakar “Bodrum FK” ilə 1+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, kamerunlu futbolçu Türkiyədə daha əvvəl “Beşiktaş” və “Hatayspor”un formasını geyinib. Abubakar “Beşiktaş”da üç fərqli dönəmdə çıxış edib. O, İstanbul klubunun heyətində keçirdiyi 117 oyunda 60 qol vurub və 14 məhsuldar ötürmə edib.

Hücumçu “Hatayspor”da isə 28 matçda 8 qol və 2 assistlə yadda qalıb.

Karyerası ərzində “Porto”, “Valensiyenn”, “Əl-Nəsr” və “Loryan” kimi klublarda da çıxış edən Abubakar Kamerun millisinin heyətində 116 oyuna 45 qol vurub.

Xatırladaq ki, futbolçu ötən mövsüm Azərbaycanın “Neftçi” klubunda çıxış edib.







Transfer