- Transfer
- 00:34 29.08.2026
“Yuventus”un yarımmüdafiəçisi Kenan Yıldız zədələnib.
90deqiqe.Az-ın “Sky”a istinadən məlumatına görə, 21 yaşlı futbolçu “Frozinone” ilə matçda sol ayağından xəsarət alıb.
Türkiyə millisinin üzvünün təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. “Yuventus” və futbolçu əməliyyat olunmaq qərarına gəliblər. Cərrahi müdaxilənin gələn həftənin əvvəlində həyata keçirilməsi planlaşdırılır.
Bu səbəbdən Yıldız A Seriyasında bir neçə vacib oyunu, həmçinin Avropa Liqasının əsas mərhələsinin ən azı ilk 4 turunu buraxacaq.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 75 milyon avro qiymətləndirir.
Yıldız cari mövsümdə “Yuventus”un heyətində cəmi bir oyunda meydana çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. O, ötən mövsüm A Seriyasında isə 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.