29 avqust 2026. Şənbə

“Liverpul” 140 milyon avroluq transferə hazırlaşır


  • Transfer
  • 00:34 29.08.2026
  • Oxunma sayı: 42
“Liverpul” 140 milyon avroluq transferə hazırlaşır

“Liverpul” PSJ-nin vingeri Bredli Barkolanın transferini tamamlamağa yaxındır.

 90deqiqe.Az-ın “Goal”a istinadən məlumatına görə, 23 yaşlı futbolçu şənbə günü İngiltərəyə yollanacaq. Barkolanın burada tibbi müayinədən keçməsi və “Liverpul”la uzunmüddətli müqavilə imzalaması gözlənilir.

Tərəflər transferin təxminən 140 milyon avro qarşılığında reallaşması barədə yekun razılığa gəliblər. PSJ əvvəlcə fransalı futbolçu üçün 170 milyon avro tələb etsə də, sonda məbləğ aşağı salınıb.

Barkola “Liverpul” tarixində ən bahalı ikinci transfer olacaq. Klub ötən il Aleksandr İsakı təxminən 145 milyon avroya heyətinə qatmışdı. PSJ üçün isə fransalı vingerin satışı klub tarixinin ən böyük transfer gəliri ilə nəticələnəcək.

Barkolanın komandadan ayrılacağına dair ilk siqnallardan biri onun PSJ-nin “Renn”lə 2:2 hesablı heç-heçə etdiyi matçın iştirak ərizəsinə daxil edilməməsi olub. Futbolçunun “Liverpul”la şəxsi müqaviləsinin şərtləri artıq razılaşdırılıb.

Barkola ötən mövsüm PSJ-nin heyətində 49 oyuna çıxıb, 13 qol vurub.

“Liverpul” fransalı futbolçunu Məhəmməd Salahın potensial varisi kimi nəzərdən keçirir.







Transfer