- Transfer
- 18:45 29.08.2026
“Qalatasaray”ın İtaliyanın “Milan” klubundan transfer etdiyi portuqaliyalı ulduz futbolçu Rafael Leao İstanbula gəlib.
90deqiqe.Az-ın məlumatına görə, "sarı-qırmızılı" klub daha əvvəl Rafael Leao ilə transfer danışıqlarına başlanıldığını açıqlayıb və futbolçunun saat 15:45-də İstanbulda olacağını bildirib.
Portuqaliyalı hücumçunu hava limanında çoxsaylı “Qalatasaray” azarkeşləri coşqu ilə qarşılayıblar.
Rafael Leao hava limanından çıxarkən azarkeşlərə təşəkkür edib:
“Buraya gəldikləri üçün “Qalatasaray” azarkeşlərinə təşəkkür edirəm”.
Futbolçu transferindən əvvəl Viktor Osimhenlə danışıb-danışmadığı ilə bağlı suala da cavab verib:
“Bəli, danışdım. O, mənim çox yaxşı dostumdur. İnanıram ki, birlikdə həm çempionatda, həm də Çempionlar Liqasında yaxşı nəticələr əldə edə bilərik”.
Leao transfer prosesinin iki aydan artıq davam etdiyini bildirib:
“İyun ayından etibarən prezident və vitse-prezident Corc (Gardi) bu transfer üçün çox çalışırdılar. Razılaşmanın baş tutması üçün böyük səy göstərdilər. Hazırda çox həyəcanlıyam və meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”.
Portuqaliyalı ulduz “Qalatasaray”a keçidindən məmnun olduğunu da vurğulayıb:
““Qalatasaray”la müqavilə imzaladığım üçün çox xoşbəxtəm. Karyeramın yeni və mühüm bir mərhələsi başlayır. Çempionlar Liqasında oynayacağım üçün çox şadam. İnanıram ki, orada yaxşı işlər görə bilərik”.