- Transfer
- 23:08 29.08.2026
Serbiyalı hücumçu Petar Ratkovun “Latsio”dan ayrılacağı gözlənilir.
90deqiqe.Az-ın “Cittaceleste.it”ə istinadən məlumatına görə, 21 yaşlı futbolçu ilə İspaniyanın “Levante” klubu yaxından maraqlanır.
Ratkova daha əvvəl digər İspaniya təmsilçisi “Sevilya” da maraq göstərib. Lakin klub sonradan futbolçunun transferi ilə bağlı planlarından imtina edib.
Mümkün anlaşmanın detalları hələlik açıqlanmayıb. Məlumata görə, söhbət Ratkovun icarəyə verilməsindən və müqavilədə sonradan futbolçunu satın almaq hüququnun nəzərdə tutulmasından gedir.
Qeyd olunur ki, “Latsio”nun serbiyalı hücumçu ilə yollarını ayırması problem yaratmayacaq. Ratkov Romada keçirdiyi altı ay ərzində komandaya tam uyğunlaşa bilməyib.
Xatırladaq ki, “Latsio” İtaliya A Seriyasının ilk turunda “Bolonya”ya qalib gəlib. Roma təmsilçisi növbəti matçını “Cenoa”ya qarşı keçirəcək.