- Transfer
- 23:33 29.08.2026
Robson de Souza Junior, daha çox Robinyonun oğlu kimi tanınan futbolçu yeni mövsümdə İtaliya A Seriyasında çıxış edəcək.
90deqiqe.Az-ın məlumatına görə,braziliyalı hücumçu “Cenoa” klubunun formasını geyinəcək. O, vaxtilə “Milan”da çıxış etmiş Robinyonun oğludur. Hazırda Robinyo Braziliyada həbs cəzası çəkir.
Robinyonun oğlunun futbol karyerası isə inkişaf etməkdədir. Atasının yaşadığı problemlər səbəbindən onun psixoloq dəstəyinə ehtiyac duyduğu da bildirilir.
Robson de Souza Juniora daha əvvəl İtaliyanın digər nəhəng klubu “İnter”in də maraq göstərdiyi qeyd olunur. Lakin futbolçu karyerasını A Seriyasında “Cenoa”nın heyətində davam etdirəcək.
Tərəflər arasında razılaşma futbolçunun icarəyə verilməsini və mövsümün sonunda onun transfer hüquqlarının alınması imkanını nəzərdə tutur.