30 avqust 2026. Bazar günü

“İnter”in yetirməsi A Seriyası klubuna keçdi


  • Transfer
  • 23:04 29.08.2026
  • Oxunma sayı: 38
“İnter”in yetirməsi A Seriyası klubuna keçdi

“İnter”in sabiq futbolçusu Sebastiano Esposito karyerasını İtaliyanın “Sassuolo” klubunda davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, “A Seriya” təmsilçisi 2002-ci il təvəllüdlü hücumçunun transfer hüquqlarını “Kalyari”dən icarə əsasında əldə edib.

“Sassuolo”nun rəsmi açıqlamasında bildirilir ki, müqavilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq və klubun futbolçunu birdəfəlik transfer etmək hüququ var.

Esposito bundan əvvəl “Kalyari”nin formasını geyinib.

Qeyd edək ki, “Sassuolo” hazırda İtaliya A Seriyasının II turunda “Torino” ilə qarşılaşır. Komanda ötən mövsümü çempionatın turnir cədvəlində 11-ci pillədə başa vurub.







Transfer

Frank Kessye İtaliyaya qayıtdı
  • Transfer
  • 23:08 29.08.2026
Frank Kessye İtaliyaya qayıtdı