- Transfer
- 23:33 29.08.2026
Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan ayrılan Frank Kessye karyerasını İtaliyada davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, İtaliya A Seriyası təmsilçisi “Atalanta” 29 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalandığını açıqlayıb.
Fildişi Sahilindən olan futbolçu “Atalanta”nın yetirməsidir və 7 ildən sonra sabiq klubuna qayıdıb.
Kessye futbola ölkəsində başlayıb, daha sonra “Atalanta” akademiyasına keçib. O, “Çezena” və “Stella” klublarında icarə əsasında çıxış edib.
2017-ci ildə “Milan”a əvvəlcə icarə əsasında keçən Kessye iki mövsüm sonra İtaliya nəhənginin tamhüquqlu futbolçusuna çevrilib. Yarımmüdafiəçi “Milan”da üç mövsüm forma geyinib.
Daha sonra “Barselona” ilə müqavilə imzalayan Kessye bir mövsüm sonra Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçib.
Qeyd edək ki, Kessyenin “Əl-Əhli” ilə müqaviləsi bu yay başa çatıb və futbolçu azad agent statusu əldə edib.