- Transfer
- 01:06 30.08.2026
“Mançester Siti” “Liverpul”un hücumçusu Kodi Qakponun transferi üçün danışıqları sürətləndirib.
90deqiqe.Az-ın məlumatına görə, “şəhərlilər” 27 yaşlı futbolçunun nümayəndələri ilə yeni əlaqələrdən sonra danışıqlarda irəliləyişə nail olublar.
Bununla belə, “Liverpul” niderlandlını yalnız transfer pəncərəsi bağlanana qədər onun yerinə yeni futbolçu tapa biləcəyi halda satmağa hazırdır.
Qakpoya İngiltərənin digər klubu “Tottenhem” də maraq göstərir. London təmsilçisi hələ iyul ayında niderlandlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Qeyd edək ki, Qakponun “Liverpul”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. 27 yaşlı hücumçu 2023-cü ildən mersisaydlıların formasını geyinir.