- Transfer
- 01:06 30.08.2026
“İnter”in sol cinah müdafiəçisi Federiko Dimarko “Barselona”nın transfer hədəfinə çevrilib.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya klubu 28 yaşlı futbolçunu heyətinə qatmaq üçün Alejandro Baldeni “İnter”ə təklif etməyi nəzərdən keçirir. “Barselona”nın mümkün anlaşmaya əlavə olaraq müəyyən məbləğdə pul da daxil etmək niyyətində olduğu bildirilir.
22 yaşlı Balde isə komandada qalmaq və əsas heyətdə yer uğrunda mübarizə aparmaq istədiyini bildirib. Bununla belə, “Barselona” rəhbərliyi zərurət yaranacağı təqdirdə ispaniyalı müdafiəçini ayrılmağa razı sala biləcəyinə inanır.
Mümkün transferin reallaşması çətin hesab olunur. Buna səbəb “İnter”in Dimarko ilə yollarını ayırmaq istəməməsidir. Buna baxmayaraq, tərəflər arasında müzakirələrin artıq başladığı qeyd olunur.
“Transfermarkt” portalı hər iki futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.