- Transfer
- 01:06 30.08.2026
“Barselona”nın sağ cinah müdafiəçisi Ektor Fort karyerasını “Real Sosyedad”da davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, tərəflər 20 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəliblər.
Anlaşmaya əsasən, “Barselona” yetirməsi olan Fortu gələcəkdə geri almaq üçün ilk növbədə satınalma hüququnu özündə saxlayacaq. Kataloniya təmsilçisi, həmçinin futbolçunun sonradan başqa kluba transferindən əldə ediləcək gəlirdən pay alacaq.
“Barselona” artıq futbolçu ilə vidalaşıb. Klub Forta təşəkkürünü bildirən paylaşım edərək onun komandanın heyətindəki ən yaxşı anlarından ibarət video yayımlayıb.
Məlumata görə, “Real Sosyedad” 20 yaşlı müdafiəçinin transferi üçün 8 milyon avro ödəyəcək.
“Barselona” isə futbolçunu 20 milyon avroya geri qaytarmaq hüququna malik olacaq. Fortun gələcəkdə başqa kluba satılması halında Kataloniya klubu əldə edilən mənfəətin 50 faizini alacaq.