- Transfer
- 01:06 30.08.2026
“Tottenhem”in yarımmüdafiəçisi Pap Matar Sarr karyerasını “Yuventus”da davam etdirməyə razılıq verib.
90deqiqe.Az-ın məlumatına görə, 23 yaşlı seneqallı futbolçu Turin klubuna keçmək istəyir və tərəflər əməkdaşlığın şəxsi şərtləri ilə bağlı razılığa gəliblər.
Klublar arasında danışıqlar isə davam edir. “Yuventus” futbolçunu satınalma opsiyası ilə icarəyə götürməyi təklif edir. “Tottenhem” isə transferin müəyyən şərtlər daxilində məcburi satınalma ilə baş tutmasını istəyir.
“Transfermarkt” portalı Sarrın bazar dəyərini 30 milyon avro qiymətləndirir.
Pap Matar Sarr 2021-ci ildən “Tottenhem”in formasını geyinir. O, London klubunun heyətində ümumilikdə 141 oyuna çıxıb, 11 qol vurub və 11 məhsuldar ötürmə edib.