30 avqust 2026. Bazar günü

“Liverpul”dan 18 yaşlı futbolçu ilə bağlı qərar


  • Transfer
  • 10:21 30.08.2026
  • Oxunma sayı: 11
“Liverpul”dan 18 yaşlı futbolçu ilə bağlı qərar

“Liverpul”un vingeri Rio Nqumoa yaxın günlərdə klubla yeni müqavilə imzalayacaq.

 90deqiqe.Az-ın “Liverpool Echo”ya istinadən məlumatına görə, ingiltərəli futbolçu şənbə günü 18 yaşını tamamlayıb. Bununla da “qırmızılar”ın onunla tamhüquqlu və uzunmüddətli müqavilə bağlamasına hüquqi imkan yaranıb.

Tərəflər arasında yeni anlaşmanın yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir.

Qeyd edək ki, yay aylarının əvvəlində “Bavariya” Rio Nqumoaya ciddi maraq göstərib. Lakin Mersisayd klubu akademiyanın yetirməsi olan perspektivli futbolçunu satmaq niyyətində olmadığını dərhal açıqlayıb.

Rio Nqumoanın “Liverpul”la hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Gənc vinger əsas komandanın heyətində ümumilikdə 32 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer

Frank Kessye İtaliyaya qayıtdı
  • Transfer
  • 23:08 29.08.2026
Frank Kessye İtaliyaya qayıtdı