- Transfer
- 13:01 30.08.2026
“Arsenal” hücumameyilli yarımmüdafiəçisi İtan Nvanerinin “Milan”a keçidi ilə bağlı danışıqlardan imtina edib.
90deqiqe.Az-ın “Calciomercato”ya istinadən məlumatına görə, “rossoneri” 19 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək və müqaviləyə sonradan transfer hüququnun alınması bəndini əlavə etmək istəyib. Lakin London klubu bu təklifi dərhal rədd edib.
“Arsenal” rəhbərliyi perspektivli ingiltərəli futbolçu ilə yolları ayırmaq niyyətində deyil. Bildirilir ki, klub Nvanerinin yalnız satınalma şərti olmadan icarəyə göndərilməsinə razılıq verə bilər.
Qeyd edək ki, İtan Nvaneri Premyer Liqanın I turunda “Koventri”yə qarşı keçirilən matçda (3:0) ehtiyat oyunçular skamyasında qalıb.
“Arsenal”ın yetirməsi olan Nvaneri ötən mövsümün ikinci yarısında Fransanın “Marsel” klubunda icarə əsasında çıxış edib.