- Transfer
- 13:01 30.08.2026
“Yuventus”un hücumçusu Conatan Devid karyerasını Madrid “Atletiko”sunda davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, Madrid klubu hücum xəttini gücləndirmək üçün 26 yaşlı kanadalını əsas namizəd kimi müəyyənləşdirib.
Mənbənin iddiasına görə, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone də “Yuventus”a məxsus digər futbolçu Nikolas Qonsalesi yenidən komandasında görmək istəyir.
Qeyd edək ki, daha əvvəl “Yuventus”un Devidlə yolları ayırmağa hazır olduğu barədə məlumat yayılmışdı.Conatan Devid ötən ilin yayında Fransanın “Lill” klubundan azad agent statusunda “Yuventus”a keçib.
“Transfermarkt”ın ekspert qiymətləndirməsinə əsasən, kanadalı futbolçunun hazırkı bazar dəyəri 30 milyon avro təşkil edir.